İran atəşkəs üçün heç bir müraciət etməyib.

Heftelik.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi İranın heç bir halda ABŞ-la İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib.

O qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək.

“Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”, – nazir vurğulayıb.