İcmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun nisbət göstəricilərinin əməliyyat hədəfləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq formalaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Bu hədəflər müvafiq illərin icmal və dövlət büdcəsinin layihələrində nəzərə alınır. Qanun həmçinin hesablanma qaydasını da müəyyən edir.
