
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.
Heftelik.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz “Kanal 12” telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
***
saat 12.43
İsrail Ordusunun bu gecə hücum hədəfləri arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də olub.
Heftelik.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.
İsrail Ordusunun məlumatına görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.
İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.
Əli Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.
O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək “əhəmiyyətli nailiyyətlər” qeydə alınıb.
