ABŞ Prezidenti Donald Tramp İran və Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt bəyanat verib.
Heftelik.az-ın xəbərinə görə, Ağ Ev rəhbəri “TruthSocial” şəbəkəsində ABŞ-nin İrandakı mövcud “terrorçu” hakimiyyəti məhv edəcəyi halda, nə baş verəcəyi barədə sual verib.
Tramp həmçinin Hörmüz boğazına görə məsuliyyəti bu su yolundan birbaşa istifadə edən dövlətlərə ötürməyi təklif edərək, ABŞ-nin bu boğaza ehtiyacının olmadığını vurğulayıb.
ABŞ Prezidentinin fikrincə, belə bir addım “reaksiya verməyən bəzi müttəfiqləri” tez bir zamanda hərəkətə keçməyə məcbur edərdi.
