İran hökuməti rəsmi olaraq ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib.

Heftelik.az xəbər verir ki, Əli Laricani ilə yanaşı, onun oğlu, alim Mortaza Laricani və Ali Milli Təhlükəsizlik Şurasının katibinin təhlükəsizlik xidmətinin rəhbəri Sərdar Nejad da həlak olub.

İran Prezidenti Məsud Pezeşkian hadisəni şərh edərkən Laricaninin ölümünü “son dərəcə kədərli hadisə” adlandırıb və məsul şəxslərə sərt cavab veriləcəyinə söz verib.

“Fars” xəbər agentliyinin məlumatına görə, Əli Laricaninin dəfn mərasimi 18 martda Tehranda keçiriləcək.

 

İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb