Əgər İrana qarşı müharibə uzanarsa, Ermənistan iqtisadiyyatı ciddi çətinliklə üzləşəcək.

Heftelik.az xəbər verir ki, bunu Ermənistan  iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Papoyan brifinqdə deyib ki, xüsusən bəzi malların bahalaşması şəklində xərclər indi də müşahidə olunur.

Nazirin sözlərinə görə, Ermənistan bəzi xammal növlərini İrandan alır və bu halda qiymət artımı riski də var.