ABŞ və İsrail İranın Körfəzdəki neft-qaz infrastrukturuna aviazərbələr endirib.

Heftelik.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın cənubunda – Cənub Pars və Əsəluyyədə yerləşən neft-qaz emalı zavodlarında bir neçə partlayış baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Qeyd edək ki, Cənubi Pars dünyanın ən böyük təbii qaz yatağıdır. İran və Qətər orada birgə fəaliyyət göstərir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) шыэ Körfəz ölkələrinə xəbərdarlıq edib. SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər vətəndaşlarını neft təsisatlarından uzaqlaşmağa çağırıb.

Hücum ediləcək enerji obyektlərinin siyahısı təqdim olunub. Bildirilib ki, sözügedən müəssisələr “qanuni hədəflər”dir.