ABŞ demək olar hər gün Kubanı konstitusiya quruluşunu zorla devirməklə hədələyir.

Heftelik.az  xəbər verir ki, bu sözləri Kuba Prezidenti Migel Dias-Kanel “X” hesabında yazıb.

Kuba dövlət başçısı bildirib ki, Vaşinqton Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün uzun illərdir tətbiq etdiyi təzyiqlərin nəticəsində zəifləyən iqtisadi vəziyyəti bəhanə kimi istifadə edir.

“ABŞ Kubanı zəiflətmək üçün illərdir iqtisadi blokada siyasəti yürüdür və bunu indi müdaxilə üçün bəhanə kimi istifadə edir”, – Kuba Prezidenti qeyd edib.

Migel Dias-Kanel ABŞ-ın məqsədinin Kubanın resurslarını, mülklərini və iqtisadiyyatını ələ keçirmək olduğunu iddia edib.

O vurğulayıb ki, Kubaya qarşı sərt iqtisadi siyasət bütün xalqa qarşı kollektiv cəza xarakteri daşıyır.

Kuba Prezidenti əlavə edib ki, ən çətin ssenaridə belə Kuba xarici müdaxiləyə qarşı “qarşısıalınmaz müqavimət” göstərəcək.