Müharibə naziri Pit Heqset ABŞ-ın Avropadakı müttəfiqlərini nankor adlandırıb.

Heftelik.az-ın xəbərinə görə, o, bugünkü brifiqndə bildirib ki, Avropadakı “nankor” müttəfiqlər İranın “dünyanı raketlərlə girov saxlamasının” və nüvə bombası yaratmasının qarşısını aldığına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etməlidirlər.

Pit Heqset qeyd edib ki, İranla müharibənin bitməsi ilə bağlı dəqiq vaxt cədvəli yoxdur: “Bu, ABŞ Prezidentinin qərarından asılı olacaq. Belə ki, Amerika xalqının təhlükəsizliyi tam təmin olunduğu təqdirdə, müharibənin bitməsi barədə danışmaq olar.  Təyin olunmuş bir vaxt cədvəli yoxdur, yolumuzda irəliləyirik”.