Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, əmək və əhalinin sosial müdafiəsi nazirinin 4 deyil, 5 müavini olacaq.
