Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-a səfər edə bilər.

Heftelik.az Belta-ya istinadən xəbər verir ki, Lukaşenkonun ABŞ-a mümkün səfəri onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul ilə bu gün keçirilən görüşü zamanı müzakirə olunub.

“Biz Prezident Lukaşenkonun ABŞ-a mümkün səfərini müzakirə etdik və bunu təşkil etmək üçün çalışacağıq”, – Con Koul görüşdən sonra jurnalistlərə bildirib.