“Kəramətin və ya başqalarının meyxananı bəyənməməsi, sadəcə qısqanclıqdır”.Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri meyxanaçı Baləli qonaq olduğu “Ev adamı” adlı “YouTube” proqramında səsləndirib.
“Əgər mən bir insanı bəyənmirəmsə, bu o demək deyil ki, o insan pisdir. Pis olan hər kəs üçün pisdir. Sən meyxananı bəyənmirsənsə, bu o demək deyil ki, meyxana sənət deyil, sadəcə sənin xoşuna gəlmir. Məsələn, sən də bir yazıçı kimi mənim xoşuma gəlmirsən, amma bu, sənin pis yazıçı olmağın demək deyil, sadəcə mən səni bəyənmirəm.
Əgər bir insan meyxananı sənət kimi qəbul etmirsə və hansısa meyxanaçı haqqında fikir bildirirsə, ümumiyyətlə, onun haqqında danışmağa nə ehtiyac var? Lazım deyil. Allah bizi paxıl, qısqanc, həyatda heç bir nailiyyəti olmayan və müxalif fikirli insanlardan qorusun. Biz dövlətimizə sadiq insanlarıq. Allah bizi, dövlətini, xalqını və millətini aşağılayan insanlardan qorusun”.
