İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.

Heftelik.az xəbər verir ki,  bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir: “Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:

“Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma görəcəyik, bunu reallaşdırmaq lazımdır”.