Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən isə bildirilib ki, martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.