Oğul anasını öldürdü

23 Mart 2026, 11:22

Bu gün səhər 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.