Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsi çərçivəsində Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gəlib.
Heftelik.az xəbər verir ki, “Beşiktaş Park”da 53-cü dəqiqədə Ferdi Kadıoğlunun qolu ilə Türkiyə yığması önə keçib.
Matçda başqa qol olmayıb. Bunun da Türkiyə millisi Avropa zonası üzrə pley-off mərhələsinin finalına yüksəlib.
Türkiyə yığmasının rəqibi Slovakiya – Kosovo qarşılaşmasının qalibi olacaq.
