Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində torpaq sürüşməsi olub, dayaq hasar avtomobillərin üzərinə aşıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin İqor Ağayev küçəsi 3 ünvanında saat 12:30 radələrində baş verib.
Nəticədə “Changan”, “Mercedes” və “Mitsibushi” markalı avtomobillər istifadəyə yararsız hala düşüb.
Hasarın 2 gün davam edən aramsız yağışlar nəticəsində aşdığı bildirilir.
