Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “HOWO” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.