Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisindən qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1971-ci il təvəllüdlü M. İbrahimxəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.