Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib.

Heftelik.az xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.

Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı üç nəfər saxlanılıb.

Ermənistan Baş Prokurorluğunun məlumatında qeyd edilib ki, insidentlə bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işi açılıb.