Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.
Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə saat 19:00-da start verilib. Matçda hesabı qonaqlar açıb. Lakin ikinci hissədə yığmamız bərabərlik topunu vurmağı bacarıb.
Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha inamlı olan Azərbaycan millisi turniri qalib başa vurub – 9:8.
Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.
“FIFA Series-2026”
19:00 Azərbaycan – Syerra Leone 1:1, pen. 9:8
Qollar: R. Məmmədov, 72 – D. Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
