ABŞ Prezidenti Donald Tramp İranın Xark adasının ələ keçirilməsi ehtimalını istisna etməyib.

Heftelik.az xəbər verir ki, Donald Tramp bu barədə  “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Bəlkə də Xark adasını götürəcəyik, bəlkə də yox. Bizim çox variantımız var”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, belə bir addım ABŞ qüvvələrinin müəyyən müddət həmin ərazidə qalmasını tələb edə bilər.

“Düşünmürəm ki, onların ciddi müdafiəsi var. Biz onu çox asanlıqla ələ keçirə bilərik”, – deyə ABŞ lideri bildirib.

Tramp İranın enerji resurslarına nəzarət məsələsinə də toxunub:

“Açığı, ən çox xoşuma gələcək şey İranın neftini götürmək olardı”.