İran həqiqətən də məhv olub.

Heftelk.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Böyük Britaniya kimi Hörmüz boğazına görə reaktiv yanacaq ala bilməyən və İranın “başının kəsilməsi” əməliyyatında iştirak etməkdən boyun qaçıran bütün ölkələr – sizə bir təklifim var: Bir nömrəli təklif, ABŞ-dan (nefti) alın. Bizdə çoxdur. İki nömrəli təklif, cəsarətinizi toplayın, boğaza gedin və onu alın. Siz özünüz üçün necə döyüşmək lazım olduğunu öyrənməyə başlamalı olacaqsınız. ABŞ həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə kömək etmədiniz. İran həqiqətən də məhv olub. İşin çətin hissəsi yerinə yetirilib. Gedin öz neftinizi özünüz alın”, – Donald Tramp qeyd edib.