“Fənərbaxça”nın prezidenti Sadettin Saran yol qəzasına düşüb.
Heftelik.az xəbər verir ki, hadisə İstanbulda baş verib.
Klub rəhbəri evindən stadiona gedərkən qəzaya uğrayıb. Sadettin Saran və sürücüsüə yüngül xəsarət alıb.
Qeyd edək ki, Saran ötən ilin sentyabrında “Fənərbaxça”nın prezidenti vəzifəsinə seçilib.
