
Bu gün saat 05:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edilib ki, hadisə zamanı 2000-ci il və 2023-cü il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
saat 10.19
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
Qəzaya düşənlərin bir ailənin üzvləri olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
