İsrail ərəb ölkələri ilə İrana qarşı ittifaqlar formalaşdırır.

Heftelik.az xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

“İsrail “ərəb ölkələri ilə ittifaqlar formalaşdırır və onlar bizim tərəfimizdə birlikdə mübarizə aparmaqdan danışırlar”.  “Keçmişdə mən ərəb liderləri ilə gizli danışıqlar aparmışam. “Onlara demişdim ki, İran imkan tapan kimi sizi işğal edəcək və krallıqlarınızı devirməyə çalışacaq. O vaxt onlar bunu tam anlamırdılar. Bu gün isə anlayırlar”, – deyə Benyamin Netanyahu qeyd edib.