İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.
Bu barədə Heftelik.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirlib ki, “Tütün və tütün məmulatları haqqında Qanun”la aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir:
“Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin – təbiətə və özünüzə qayğı göstərin”.
