ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynadakı müharibəni dayandırmağın yeganə yolunu Donbasın Rusiyaya verilməsində görür.
Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a danışıb.
Ukrayna lideri bu yanaşmanı anlaşılmaz hesab etdiyini vurğulayıb: “Onlar müharibəni bitirmək istəyirlər. Məni narahat edən odur ki, bunu etmək üçün yalnız bir yol görürlər. Əminəm ki, Tramp və komandası müharibəni bitirmək istəyir. Amma niyə bunun bədəlini biz ödəməliyik? Biz təcavüzkar deyilik”.
