Azərbaycanda  kalsinasiya və anodbişirmə zavod tikilləcək.

Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti bu layihənin  Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidir.