Türkiyə millisi futbol üzrə dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Heftelik.az xəbər verir ki, Türkiyə yığması Avropa zonası üzrə pley-off mərhələsində Kosovaya qalib gəlməklə buna nail olub.

Oyunda yeganə qolun müəllifi 53-cü dəqiqədə Kerem Aktürkoğlu olub.

Beləliklə, Türkiyə millisi 24 ildən sonra dünya çempinatında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.