İranda yeni rejimin lideri atəşkəs üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Onun sözlərinə görə, sələflərindən daha az radikal və daha ağıllı olan İrandakı yeni rejiminin lideri ABŞ-dan atəşkəs xahişi edib.

Donald Tramp qeyd edib ki, ABŞ bunu Hörmüz boğazı açılandan sonra nəzərdən keçirəcək.

“O vaxta qədər İranı yerlə-yeksan edəcəyik, daş dövrünə qaytarana kimi bombalamağa davam edəcəyik”, – ABŞ Prezidenti əlavə edib.