Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin məlumat və maarifləndirmə təminatı bir neçə istiqamətdə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Bunlara milli informasiya mübadiləsi sisteminin yaradılması və beynəlxalq sistemlərə inteqrasiyası daxildir. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendlərinin beynəlxalq miqyasda təbliği təmin edilir. Kənd təsərrüfatı və digər məhsul istehsalçılarının əkin sahələrində proqramlar hazırlanır. Əhalinin ərzaq təminatı və rifahının yaxşılaşdırılmasında aqrofitomüxtəlifliyin əhəmiyyəti barədə məlumatlar yayılır. Mediada müvafiq proqramlar yayımlanır. Orta və ali təhsil müəssisələrinin tədris proqramlarında bu barədə geniş məlumatlar əks olunur.