ABŞ Prezidenti Donald Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib.

Heftelik.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə “The Telegraph”a bildirib.

Donald Tramp bunu ciddi şəkildə düşündüyünü qeyd edib.

ABŞ Prezidenti NATO-nu “kağız pələng” adlandırıb.

“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”, – Donald Tramp qeyd edib.

ABŞ Prezidenti NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib. “Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”, – Tramp qeyd edib.