Əməkdar artist Elnarə Abdullayeva şəkillərini çəkərək sosial platformalarda paylaşan xanımlara irad bildirib.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb.

“Allaha and olsun, bu gün kimsə mənim şəklimi çəkəndə ətim tökülür. Bacım mənə bir şəkil göstərdi. Başı bağlı bir xanım statusunda şəkillərini paylaşmışdı. Bax, cavan gəlinsən. Tutaq ki, Gülnarə xanımın yoldaşı girib statusa baxır, onun yoldaşı sənin şəklini orada niyə görməlidir? Sən niyə belə edirsən? Mən kişi olsaydım, belə şeyi qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”