Dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Bu hüquq Məcəllə qanuni qüvvəyə minən günədək mövcud olan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna əsaslanır. Beləliklə, vətəndaşlar əvvəlki qanuni hüquqlarını itirmir.