Jurnalist Faiq Mahmudov məntəqəsində fırıldaqçılıq halı ilə üzləşib.
Heftelik.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə paylaşım edib:
“Novxanı–Binəqədi yolundakı “Lukoil” yanacaqdoldurma məntəqəsindən (YDM) dünən yanacaq aldım.
Benzin çəni 70 litr tutan avtomobilimə 72 litr benzin vuruldu.
Nəzərə alsaq ki, YDM-ə avtomobili sürərək gəlmişdim, bu o deməkdir ki, çəndə artıq müəyyən qədər yanacaq mövcud idi. İstehsalçı bildirir ki, çəndə təxminən 7 litr yanacaq qaldıqda sarı xəbərdarlıq işığı yanır. (BMW 528i fuel tank capacity 70 liters)
Mən daim SOCAR-dan yanacaq alıram və sarı işıq yanan zaman maksimum 63 litr, ən çox halda isə 65 litr benzin doldurulur.
LUKOİL-də yanacaq vuran əməkdaşlar müştərini müxtəlif mövzularda söhbətə cəlb edərək diqqəti yayındırır və nəticədə aldadıcı vəziyyət yaranır.
Sarı işıqla YDM-ə daxil olan, benzin çəni 70 litr olan avtomobilə 72 litr yanacaq vurulduğunu iddia etmək açıq-aşkar fırıldaqdır.
LUKOİL-dən yanacaq alarkən diqqətli olun”.