
İran ABŞ-a məxsus qırıcı təyyarəni vurub və iki nəfərlik ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır.
Heftelik.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Qeyd olunur ki, bu, müharibə başlayandan bəri ABŞ təyyarəsinin vurulduğu ilk haldır.
ABŞ ordusu və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.
***
saat 16.36
İran səmasında ABŞ-a məxsus daha bir F-35 qırıcısı vurulub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
Məlumatda bildirilib ki, bu, İran səmasında son 12 saatda SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin məhv etdiyi ikinci qırıcıdır.
F-35-in pilotu katapult edib.
İranın Dövlət Televiziyasının xəbərində isə bildirilir ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.
