Türkiyə Super Liqasında XXVIII tur davam edir.
Heftelik.az xəbər verir ki, İstanbul derbisində “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.
Oyunun ilk hissəsi qolsuz keçib. İkinci yarıda meydan sahibləri üstün oynayıb. Matçın əsas vaxtına artırılan 11-ci dəqiqədə “Beşiktaş”ın qapısına penalti təyin olunub. Kerem Aktürkoğlu penaltini dəqiq yerinə yetirib – 1:0.
Bununla da, xallarının sayını 63-ə çatdıran “Fənər” ikinci pilləyə qayıdıb. Komanda “Qalatasaray”la xal fərqini 1-ə endirib.
