ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ, İran və bir qrup region ölkələrindən olan vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər”, – məlumatda deyilir.

Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.