Bakıda 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Balaxanı qəsəbə sakini 2003-cü il təvəllüdlü İlkin Əsədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.