“Crocus” terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yusufzoda Yakubcon intihar edib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən RBK-ya məlumat verilib.

Bildirilib ki, 37 yaşlı Yusufzoda Yakubcon “Matrosskaya Tişina” istintaq təcridxanasında intihar edib. Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Crocus” terror aktı 22 mart 2024-cü ildə baş verib. Silahlı terrorçular konsert zalına basqın edərək atəş açaraq binanı yandırıblar. Hadisə nəticəsində təxminən 150 nəfər həlak olub, 600-dən çox insan müxtəlif dərəcələrdə yaralanıb.

Terror aktından bir neçə gün əvvəl Yusufzoda Yakubcon Dövlətxon cinayətkarların mənzil xərclərini ödəmək üçün pul köçürüb və cinayət törədildikdən sonra vəsaitin bir hissəsini onlardan birinə göndərib.