Genetik modifikasiya olunmuş bitkilərin ölkə daxilində mövcudluğu və yayılma zonası müəyyən qaydada aşkarlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Bu bitkilərdən yarana biləcək təhlükə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir. Ölkəyə idxal olunan bütün genetik materialların gömrükdən keçirilməsi zamanı modifikasiyaya məruz qalması yoxlanılır. Qanuna uyğun olaraq genetik modifikasiya olunmuş materialların hərəkətinə icazə verilmir. Elmi-tədqiqat və sərgilər üçün idxal yalnız icazə əsasında mümkündür. Bu tələblər “Qida təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş genetik modifikasiya olunmuş məhsullara şamil edilmir. Nəzarət və tənzimləmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

