Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gəlib.

Heftelik.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.