İranın Dini Lideri Müctəba Xamenei yeraltında yerləşən reanimasiya şöbəsində saxlanılır.

Heftelik.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qəzetə danışan mənbənin sözlərinə görə, Müctəba  Xameneinin qollarından biri tamamilə funksiyasını itirib, ayaqlarından ən azı biri isə iflic vəziyyətdədir. İndiyədək aparılan əməliyyatlar zamanı bu ətrafları xilas etmək mümkün olmayıb. Bundan əlavə, partlayışın güclü təsiri nəticəsində onurğa beyni zədələri, çənə çıxığı, beyin travmaları, həmçinin baş və üz nahiyəsində ciddi xəsarətlər yaranıb. Bu vəziyyət onun iclaslarda iştirakını faktiki olaraq mümkünsüz edir.