Mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarının sahibləri dövlət uçotu və qeydiyyatına alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Bu qeydiyyat onların elmi, sosial-iqtisadi, maarifləndirici və mədəni-tarixi əhəmiyyətini müəyyən etmək üçün aparılır. Tərkibində qiymətli və nadir nümunələr saxlanılan kolleksiyalar Milli Proqrama daxil edilir. Kolleksiyalar fəaliyyətlərini metodik göstərişlər və qaydalara riayət edərək həyata keçirir. Nümunələr Mərkəzi məlumat bazasına və Milli kataloqa daxil edilir. Dövlət bu kolleksiyaların yaradılması, fəaliyyəti və ləğv edilməsinə nəzarət edir. Məqsəd mədəni bitkilərin genetik ehtiyatlarının qorunmasını təmin etməkdir.
