
ABŞ və İsrail Təbriz-Zəncan magistral yolundakı körpüyə zərbə endirib.
Heftelik.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Valiliyi məlumat yayıb.
Məlumata görə, Qaraçəmən-Miyanə yolu da zərbələr səbəbindən hər iki istiqamətdə bağlanıb.
Bundan əlavə, ABŞ və İsrail təyyarələrinin İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə də zərbə endirdiyi, nəticədə iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.
IDF-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın bir neçə bölgəsində daha bir “genişmiqyaslı” hava hücumu həyata keçirib.
İsrail Müdafiə Qüvvələri bildirir ki, zərbələr İran rejiminin onlarla infrastruktur obyektini hədəf alıb və əlavə məlumat daha sonra veriləcək.
***
saat 15.21
İranın hasil etdiyi neftin 90%-nin ixrac olunduğu Xarq adasında bir neçə partlayış baş verib.
Heftelik.az Mehr agentliyinə istinadən xəbər verir ki, ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən Xarq adasına zərbələr endirilib.
Adada bir neçə partlayış səsi eşidilib.
Adada konkret hansı obyektlərin hədəf alındığı hələlik məlum deyil.
ABŞ-ın İranla müharibədə Xark adasını işğaldan başqa çıxış yolu qalmayıb
