İsrailin Baş naziri Benyamin Netanyahu İranda körpü və dəmir yollarının hədəf alınmasını təsdiqləyib.
Heftelik.az Ynet-ə istinadən xəbər verir ki, Netanyahu bu hücumların getdikcə artan dəqiqliklə davam etdiyini bildirib.
O, bu infrastrukturun SEPAH tərəfindən istifadə olunduğunu əlavə edib.
“Onlar bu infrastrukturu silah-sursatlar üçün xam maddənin, bizə, ABŞ-a və region ölkələrinə hücum edən şəxslərin daşınmasında istifadə edirlər”, – Baş nazir vurğulayıb.
İsrail Müdafiə Qüvvələri isə İranda 8 körpünü vurduqlarını açıqlayıb.
