İstanbulda İsrail Konsulluğunun qarşısında atışma olub.
Heftelik.az xəbər verir ki, üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
Hücumu təşkil edən üç nəfər hadisə yerinə avtomobildə gəldib, avtomatlar və tapançalarla silahlanıblar.
Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb. Hücumu törədən 3 nəfərin zərərsizləşdirilib.
İstanbul valisi Davud Gül bildirib ki, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.
Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.
