Mədəni bitkilərin genetik ehtiyatları dövlət, bələdiyyə və xüsusi mülkiyyət formasında ola bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Dövlət mülkiyyətində olan torpaqlardakı bitkilər dövlət mülkiyyətində hesab olunur. Xarici kolleksiyalardan alınan bitkilərin milli kolleksiya nümunələri isə donor dövlətin mülkiyyətindədir. Fərdi torpaqlarda olan bitkilər xüsusi mülkiyyətdədir. Bələdiyyə mülkiyyətindəki ərazilərdəki bitkilər bələdiyyəyə aiddir. Dövlət mühafizəsi tələb olunan ərazilər qanunvericiliyə uyğun qorunur. Mülkiyyət formaları bitkilərin genetik ehtiyatlarının qorunmasına uyğun müəyyən edilir.