Bioaraşdırma, toplama, mübadilə, öyrənilmə, elmi-tədqiqat, seleksiya və təhsil fəaliyyəti üçün genetik ehtiyatlardan istifadə mümkündür
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Bioaraşdırma, toplama, mübadilə, öyrənilmə, elmi-tədqiqat, seleksiya və təhsil fəaliyyəti üçün genetik ehtiyatlardan istifadə mümkündür. İstifadəçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi saziş əsasında material verilir. Sazişdə donor və istifadəçi hüquq və vəzifələri müəyyən edilir. Sazişin qüvvədə olma müddəti və materialın miqdarı qeyd olunur. Sazişdə gəlirlərin ədalətli bölgüsü də göstərilir. Donordan alınan nümunələrin üçüncü şəxsə verilməsi qadağandır. Məqsəd genetik ehtiyatların qanuni və ədalətli istifadəsini təmin etməkdir.
